Sudan ordusu hərbi çevriliş edib.
MilliYol.Az xəbər verir ki, hərbçilər dövlət televiziyasının binasını mühasirəyə alıb. Onlar prezident Ömər Əl Bəşirin vəzifədən uzaqlaşdırıldığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı ordu tərəfindən mühasirəyə alınıb.
Artıq Bəşir əl-Ömərin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.
Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.
Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.
Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.
Qeyd edək ki, Sudanda ötən ilin sonlarından 26 ildir ölkəyə rəhbərlik edən Ömər Əl Bəşirin istefasını tələb edən kütlə etiraz aksiyası keçirir.