Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda baş verən yanğın zamanı ümimilikdə 5 nəfər zərər çəkib.
Bu barədə "Report"a həmin xəstəxananın nümayəndəsi Cəmaləddin İsgəndərli məlumat verib.
“Onlardan 3-nə tüstüdən zəhərlənmə ilə bağlı ilkin tibbi yardım göstərilib. Bir nəfər özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb”.
Səhiyyə Nazirliyindən isə "Report"a bildirilib ki, 7 nəfərə yerində yardım göstərilib: “Onlardan 3-ü kişi, 3-ü qadın və 1-i uşaqdır. Həkimlər onların hamısına yerində yardım göstəriblər”.
Digər xəbərlər
loading...