Bu gün yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən MilliYol.Az-a verilən məlumata görə, zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***13.00
Zaqatala və Qax rayonunda zəlzələ olub.
"Report"un məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.
Digər xəbərlər
loading...