Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovun töhmət verdiyi icra nümayəndəsi işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Bakı meriyasında keçirilən müşavirədən sonra Suraxanı rayonu İcra Hakimiyyətində qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar təmizliyinin vəziyyətinə həsr olunmuş xüsusi iclas keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Zığ RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfa İmanovu tutduğu vəzifədən azad edib. Onun yerinə isə onun müavini Əlbaratov Polad təyin edilib.
Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarov xəbəri təsdiqləyib.