Şabran rayon İcra Hakimiyyətinin keçmiş başçısı, rayonun tanınmış ziyalılarından olan Arif Allahverdiyev vəfat edib.
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, A.Allahverdiyev Şabran şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, A.Allahverdiyev 1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988-1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991-1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Sonralar o, Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində məsul vəzifələrdə işləyib.
Allah rəhmət eləsin.