Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında dördgünülük aprel döyüşlərinin qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəkilişlərinə başlanılıb.
Bu barədə ATXƏM-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tanınmış jurnalist Bəxtiyar Qaracanın “Bitməyən savaşın qəhrəmanları” seriyasından olan sənədli film ictimaiyyətə “31 mart Azərbaycanlıların soyqırımı” və milli qəhrəmanın doğum günü ərəfəsində təqdim olunacaq.
Filmdə aprel döyüşlərinin əhəmiyyəti, milli qəhrəmanın həyat və döyüş yolu haqqında geniş məlumat veriləcək.
Xatırladaq ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Türkiyədəki hərbi məktəbi bitirən, ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlər keçən Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev bu il aprelin 2-də, 40 yaşında şəhid olub.
Milli Qəhrəmanın özündən sonra 2009 və 2011-ci il təvəllüdlü iki övladı yadigar qalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...