Prezident İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Digər xəbərlər
loading...