“Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilkin mərhələdə beş rayonun qaytarılması şərtini irəli sürür.
“Hətta türklər rusların bu şərtlə razılaşdığını da deyirlər. Bu proseslər fonunda Azərbaycan prezidentinin Qarabağa muxtariyyət verə biləcəkləri haqda açıqlaması da təsadüfi deyil. Bakı son şərtlərini açıqlayır. Türkiyə-Rusiya münasibətləri pis olan dövrlərdə, Bakının mövqeləri zəif görünürdü. Lakin nə vaxt ki, bu münasibətlər düzəldi, Bakının əli gücləndi. Azərbaycan Rusiyaya öz şərtlərini Türkiyə vasitəsilə çatdırır. Bu siyasi manevrlərdir. Çünki belə olan halda Rusiyanın razılaşacağı ehtimalı böyükdür. Hətta mən deyərdim ki, Rusiya ərazilərin qaytarılması məsələsi ilə razılaşıb”, - deyə o bildirib.
Qeyd edək ki, M.Sarkisyan bundan öncə verdiyi açıqlamasında Rusiya və Türkiyə arasında konkret razılaşmanın olduğunu da bildirmişdi.
“Ankara 5 rayonun Azərbaycana qaytarılması təklifini irəli sürüb. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini səsləndirib. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”, - deyə erməni politoloq qeyd etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...