"Azercell Telekom" MMC “MiFi” cihazların istifadəsi zamanı yeni fırıldağa əl atır.
MilliYol.Az-ın məlumatına görə, bu barədə Fed.az saytının baş redaktoru Əli Əhmədov yazır.
Onun sözlərinə görə, “MiFi” cihazına 20 manatlıq 30 QB trakifi iki günə bitib:
"İnterneti kəsilib, yeni pul yükləmişik. İki günə bitib. Operatora zəng edib soruşuruq ki, internet nə səbəbə yoxdur. Deyir, 90 gün ərzində ödəniş etməyəndə paketin yenilənməsi dayandırılır. Nəticədə bizim ödədiyimiz pul (hansı ki, aylıq 30 QB-a kifayət edirdi) paket kimi deyil, adi internet traffik kimi sərf olunub".
O bildirib ki, əgər bu pulla paket alınsaydı 30 QB almış olacaqdıq, belə isə hər MB-a 40 qəpikdən hesablayıb tutublar:
"Paket internet alınanda isə 20 manata 30 QB işlənir. 1 MQ başa gəlir 0,07 qəpiyə. Belədə isə bizdən hər qəpiyə 40 qəpikdən hesabalayıblar. Təqribən 570 dəfə baha!”
O qeyd edib ki, şirkət paketin dayadırılası ilə bağlı məlumatı normal çatdırmayıb:
“Deyirik bu barədə niyə məlumat verməmisiniz, deyir belə sms-i MiFi-dəki nömrəyə göndərmişik. O sms-i də oxumaq üçün ya xüsusi proqram yükləməlisiniz, ya da nömrəni (MiFi-dəki nömrəni) telefona daxil edib baxmalısınız. Deməli biz hər dəfə bu aparatın içərisindən simkartı çıxarıb telefona daxil etməliyik ki, bilək ki, Azercell bizə sms göndərib ya yox.
Deyirik, nömrəni alan şəxs, sizə kontaktlarını saxlayıb, bu sms-i ona niyə göndərməmisiniz? Deyir, belə sms-ləri MiFi-dək nömrəyə göndəririk. Bəs nömrəni satan şəxsin kontaktları nə səbəbə götürülür, deyir başqa problemlər olanda o nömrə ilə əlaqə saxlayırıq. Mobil operatorların çox fırıldaqlarını görmüşdük, amma bu yenisidir deyəsən”.
Hele bir operatorun danışığı, elə bir yekəxanalıqla danışır, ele bil zənglərə cavab verməyə görə maaşı o yox, biz alırıq".