“Azəravtoyol” şefi Saleh Məmmədovun əmrini geri oxutdurmağa sahib olan qüdrət sahibi kimdir?
MilliYol-a daxil olan məlumata görə “Azəravtoyol” ASC-nin rəhbəri Saleh Məmmədov üç rayonun idarə müdirini vəzifəsindən qovub.
Məlumatda bildirilir ki, işdən qovulan idarə müdirləri 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov, 36 saylı İmişli Yol İstismar İdarəsinin Mirkazım Məmmədov, 37 saylı Beyləqan Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyevdir.
Ancaq məsələnin maraqlı tərəfi hər üç idarə müdirini işdən çıxarılandan bir gün sonra “Azəravtoyol” ASC sədri tərəfindən yenidən vəzifələrinə bərpa edilməsidir. Bunun necə baş verdiyi ilə maraqlanırıq. Bizi izləməkdə davam edin...
MilliYol.az