“Akula Akif”in sağ əli olaraq bilinən Aydəm İsmayılov Qurban bayramı ərəfəsində “Trans Broker” MMC-nin rəhbəri kimi tanınan Əbülfəz Məlikovla birlikdə dövlət büdcəsinə xeyli ziyan vurmağa nail olub
AzEuroNews.com xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Aydəm İsmayılovun son “qurbanlıq qoyun” əməliyyatından xəbər tutsa da, yenə də ona etimad nümayiş etdirərək ötən ay onu yüksək vəzifəyə təyin edib.
Xatırladaq ki, ötən ay Kənt Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi nəticəsində bəzi şöbələr ləvğ edildi və bu şöbələrin müdirləri müxtəlif qurumlara rəhbər təyinatı aldılar. Ləvğ edilən şöbələrdən biri də Kənd Təsərrüfatı Nazirliyi yanında İstehsal müəssisələri ilə iş şöbəsi idi və bu şöbənin müdiri, adı daim ölkə mətbuatında müxtəlif qaranlıq hadisələrdə və qalmaqallarda hallanan, sabiq MTN şefi Eldar Mahmudovun ortağı “Akula Akif”in sağ əli kimi tanınan Aydəm İsmayılov idi.
İnam Kərimov
İnam Kərimov İstehsal müəssisələri ilə iş şöbəsini ləvğ edərək, bu şöbənin rəisi Aydəm İsmayılovu daha ciddi və daha prespektivli bir quruma, “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə təyin etdi. Qaranlıq keçmişli olan və cəmi bir neçə ay əvvəl “qurbanlıq qoyun” əməliyyatına imza ataraq İnam Kərimovi pis vəziyyətdə qoyan Aydəm İsmayılovun “Green Park Azərbaycan” MMC kimi prespektivli bir müəsissəyə rəhbər təyin edilməsi Kənd Təsərrüfatı nazirliyi daxilində heç də birmənalı qarşılanmayıb. Doğurdan təəccüblüdür, adı hər cür dələduzluq işlərində keçən, hələ də axtarışda olan “Akula Akif”in ən yaxın adamı İnam Kərimovun yanında necə etimad sabibi ola bilib. Üstəlik cəmi bir neçə ay əvvəl Aydəm İsmayılov İnam Kərimovu göz görə-görə aldatdığı şəraitdə…
“Akula Akif”
Bu barədə daha ətraflı bir qədər aşağıda məlumat verəcəyik. Hələlik isə bildirək ki, əslində “Green Park Azərbaycan” MMC direktorluğu Aydəm İsmayılovu qane etməyib. Azeuronews.com-a məlumat verən mənbə bildirir ki, Aydəm İsmayılov məcburən o bu vəzifəyə razılıq verib. Təbii ki, Aydəm İsmayılovun məcbur olmasının səbələri olub və bu səbəblər Aydəm İsnayılovu nazirin qarşısında geri addım atmağa məcbur edib.
Məlumata görə Aydəm İsmayılovun istədiyi vəzifə KTN-də yeni yaradılmış və qurumun ən prespektivli idarəsi olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəsifəsi imiş. Xatırladır ki, Aydəm ismayılovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri təyin edilməməsinin səbəbi ilə bağlı qədər üç həftə öncə ölkə mətbuatında ilginc məlumat dərc edilmişdi. Həmin məlumatda vurğulanırdı ki, Aydəm İsmayılov nazir İnam Kərimovun qəzəbinə tuş gəlib.
Bəs bu qəzəbin səbənbi nə olub?
Mətbuat Aydəm İsmayılovun nazirin qəzəbinə tuş gəlməsinin səbəbini isə qurban bayramında KTN-nin xətti ilə ölkəyə gətirilən qoyunların sayını gizlətməsi ilə əlaqələndirmişdi. Məlumatda qeyd edilirdi ki, KTN-nin xətti ilə qonşu ölkədən qurbanlıq qoyunların gətirilməsi Aydəm İmayılovla nüfuzlu bir iş adamına tapşırılıb. Ancaq Aydəm İsmayılovla ortağı Gürcüstandan ölkəyə gətirdikləri qoyunların sayı KTN-nin kvotasından xeyli çox olub. Aydəm İsmayılovla ortağının KTN xətti ilə ölkəyə gətirdiyi qoyunların xeyli hissəsinin alınmaması məsələnin üstünün açılmasına səbəb olub. Belə ki, həmin vaxt nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən A.İsmayılov əlində qalan qurbanlıq qoyunları səssiscə KTN-nin rayonlarda fəaliyyət göstərən damazlıq təsərrüfatlarında “gizlət”məyə çalışıb.
Aydəm İsmayılov
Nazirliyin təsərrüfatlarına yerləşdirilən qoyunlarla bağlı İnam Kərimova məlumat verildikdən sonra nazir məsələni araşdırmaq qərarın gəlib. Aparılan araşdırmada məlum olub ki, Aydəm İsmayılovla ortağı KTN rəhbərliyinin onlara olan inamından sui-istifadə edərək hamını aldadıblar.
Bu hadisədən sonra nazir İnam Kərimovun Aydəm İsmayılova olan etimadı demək olar ki, sıfırın üstündə dayanıb. Lakin bu cəmi bir ay sonra Aydəm İsmayılovun “Green Park Azərbaycan” MMC direktorluğuna aparan yolunu bağlamayıb. Lakin istədiyini, yəni “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ni ala bilməyən Aydəm İsmayılov da narazılığını gizlətmir və bunu hər kəsin yanında nümayiş etdirir. Bəs Aydəm İsmayılovu İnam Kərimovdan çəkindirməyən hansı gücdür? Azeuronews.com-a daxil ilginc məlumata görə isə Aydəm İmsayılovun KTN xətti ilə gətirdiyi “qurbanlıq qoyun” əməliiyatında ortaq olduğu şəxs heç də adi iş adamlarından biri deyil.
O, çox nüfuzlu və ölkə miqyasında “əfsanəyə” çevrilmiş biridir. Həmin nüfuzu iş adamı vaxtı ilə “Trans Broker” MMC-nin rəhbəri kimi tanınan və ölkədə monopoliyanı idarə edən, eyni zamanda ölkənin bütün gömrükpostlarında yeganə söz sahibi olan Əbülfəz Məlikovdur.
Əbülfəz Məlikov
Məlumata görə hələ MTN naziri Eldar Mahmudovun dövründən bir- birlərini yaxşı tanıyan Aydəm İsmayılovla Əbülfəz Məlikovu KTN-ə məhz Əbülfəz Məlikov yerləşdirib. Onların planı isə böyük layihələrə dayanır və bu layihələri Əbülfəz Məlikov İnam Kərimovdan məhz Aydəm İsmayılov vasitəsi ilə əldə etməyi planlayıb. Onların ilk işi isə “qurbanlıq qoyun” əməliyyatı olub. Lakin, necə deyərlər, ikilinin siftəsi bəd gətirib. Və onların bu bəd siftələri büdcəyə də bahalıya mail olub.
Mənbəmizin bildirdiyinə görə Kənd Təsərrüfatı Nazirliyində sui-istifadə edərək kvotdan 2 dəfə çox qoyun gətirən ortaqlar bu qurban bayramında yaxşı qazanc əldə edəcəklərini düşünürmüşlər. Ortaqlar xaricdən gətirdikləri qoyunların demək olar ki, 60 faizini satıblar. Ancaq əllərində qalan xeyli qoyunu isə hara edəcəklərini bilməyiblər. Əllərində qalanları tədricən bazarlarda satmaq niyyəti ilə Aydəm İsmaylov “qurbanlıqları” KTN-nin təsərrüfatlarına yerləşdirilsə də, onların böyük əksəriyyəti baxımsızlıqdan və xəstəlikdən tələf olub. Məhz bundan sonra İnam Kərimova məslə ilə bağlı məlumat verilib.
Məsələni araşdıran İnam Kərimov Aydəm İsmayılov yanından uzaqlaşdırmağa istəsə də, bu mümkün olmayıb. Və cəmi bir aydan sonra Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC-yə direktor təyin olunub. Lakin yuxarıda da qeyd etdiyimizkimi, Aydəm İsmayılov bu təyinatdan narazı qaldığını heç gizlətmir də. Digər bir mənbədən əldə etdiyimiz məluatda isə bildirilir ki, hazırda Əbülfəz Məlikov Aydəm İsmayılovdan çox narazıdır və qoyunların tələf olmasına görə Aydəm İsmayılovu günahladırır. Lakin buna baxmayaraq Əbülfəz Məlikov Aydəm İsmayılova dözməyə məcburdur. Çünki onunla birlikdə Kənd Təsərrüfatı Nazirliyində həyata keçiriləcək çoxlu sayda layihələri var.
Bu yazıda dı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az