Bayram günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.
MilliYol.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, martın 19-u axşam saatlarından güclü şimal küləyi səngiyəcək:
"Ən güclü külək bu gün müşahidə olunur. Küləyin hazırda maksimal sürəti saniyədə 25-28 metrdir”.
Umayra Tağıyeva qeyd edib ki, havanın temperaturu martın 20-də müsbət doqquz dərəcə olacaq:
"Ayın 20-də Bakı və bəzi rayonlarda yağış yağacağı gözlənir. Martın 21-də mülayim yaz havası olacaq. Günorta saatlarında paytaxtda havanın maksimal temperaturu 12-14 dərəcə təşkil edəcək”.
Digər xəbərlər
loading...