Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.