Hüquq müdafiəçisi Taleh Xasməmmədov öz facebook səhifəsində Əziz Əzizovun rəhbərlik etdiyi Yasamal rayonunda dəhşətli korrupsiya faktını açıqlayıb və rəqəmlərlə təqdim edib.
Həmin statusun maraq kəsb etdəcəyini nəzərə alaraq, onu olduğu kimi GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik:
“Şok bir fakt! Yasamal rayonu İcra Hakimiyyəti Başçısı Əziz Əzizovun adamları söküntüdə olan evlərin ölçülərinin hesablanmasını 1.5 dəfə artıq vətəndaşlara təklif edərək imzaladıb, artıq hissəsini özləri üçün mənimsəyirlər. Bu cür korrupsiya görməmişdim. Məsələn 50 kv.metr evin dəyəri 1kv.metri 2420 manat olduğu halda vətəndaşlara 1 kv.metri 1500 manata təklif edilir. Pul məbləğinin artırılmasını vətəndaşa təklif edərək əmlakın ölçüsü 80 kv.m qeyd olunur. Guya hesab 120 min manat edir. Belə olduğu halda ev sahiblərinə 75 min manat əvəzinə 85 min manat vəsait ödəyirlər. Hansı ki, həmin əmlakın hər kv.metri 2420 manat dəyərləndirilib və realda ev sahiblərinə 121 min manat pul ödənilməlidir. Ümumi 193 600-(guya 75 000+ bonus 10 000)= hər 50 kv. metrdə 108 600 manat Korrupsiya!”
P.S. Ola bilər ki, belə bir faktın açıqlanması ölkənin siyasi rəhbərliyinin xoşuna gəlməsin. Amma, biz belə bir qənaət gəlmişik ki, cənab İlham Əliyev Əziz Əzizovun bu və ya digər fırıldaq əməlləri ilə bağlı lazımi məlumatları əldə edib, ona çox yaxın vaxtlarda “dur deyəcək”.
Çünki, . . .
Mənbə: Gundemxeber.Az