Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana rəsmi səfərinə hazırlıq işləri aparılır.
Bu barədə "Report" bu ölkənin dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
"Almaniya, İsveçrə, Fransa, Macarıstan və Azərbaycana rəsmi səfərlərimə hazırlıq gedir", - S.Jeenbekov martın 14-də səfirlərlə görüşdə deyib.
O, səfərlərin iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Digər xəbərlər
loading...