ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti direktorunun Milli park rəhbərlərindən “aylıq” topladığı iddia olunur
Son illər ərəb və digə xarici ov tursitlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxması ilə bağlı dövr mətbuatdda məlumatlar yayılır. Hətta iki ayda bir dəfə bəzi “icazəsiz” ərəb ovçuların qoruq ərazilərdə tutularaq cərimələnməsi xəbərləridə yayılır. Baxmayaraq ki, son illər ETSN-nin milli parklarında qanunsuz ovlanmaların artması ilə bağlı məlumatlar mütamadi olaraq yayılır, Nazirlik məsələyə hər hansı bir reaksiya vermir. Sanki ərəblər Azərbaycandakı qoruqlarda deyil, Afrika çöllərində ov edirlər…
Azeuronews.com saytına verilən məlumata görə Muxtar Babayev Ekologiya və Təbbi Sərvətlər Nazirliyi təyin edildikdən sonra Mili Parklara nəzarət əsl sahibinə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə qayıdıb. Belə ki, sabiq nazir Hüseynuqlu Bağırovun dövründə Milli Parklara nəzarəti Nazirliyin Aparat rəhbəri Rövşən Cəlilov həyata keçirirdi.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Sabiq Aparat rəhbərinin hər ay park direktorlarından aylıq “xərac” almasını isə ölkədə hər kəs yaxşı bilirdi. Və bu barədə dövrü mətbuatda dəfələrlə ifşaedici məlumatlar yayılırdı. Saytımıza verilən məlumata vurğulanır ki, Muxtar Babayev ETSN naiziri təyin edildikdən sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə də Milli Parklara nəzarəti gücləndirərək sabiq Aparat rəhbəri Rövşən Cəlilovun yolu ilə getməyə başlayıb. İddiaya görə Hikmət Əlizadə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin təyin edildikdən sonra Milli Parklara davamlı “qəfil” yoxlamalar keçirib. Məhz bu “qəfil” yoxlamalarda Milli Parklarda qanunsuz şəkildə ov edən xeyli sayda ovçu və brokonyerlər aşkar olunub. Təbii ki, həmin ovçu və ovçu və brokonyerlərə qoruqda sərbəstcəsinə ov etməyə icazəni qoruq rəhbərləri verirlər və bu heç də qarşılıqsız olmur. Ona görə də Hikmət Əlizadə Milli Park direktorlarını asanlıqla özündən asılı vəziyyətə sala bilib.
Elə qoruq rəhbərlərinin də istəyi bu olub. İndi qoruqlarda hər şey əvvəlki axarına, yəni Rövşən Cəlilovun zamanındakı axara dönüb və hazırda hər kəs, yəni brokonyerlər də, qoruq işçiləri də və Hikmət Əlizadə də məmnundur. Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Hikmət Əlizadənin milli parklardan aldığı xəracla bağlı şəriki nazir Muxtar Babayevin ən yaxın adamıdır. Məhz bir çox milli park direktorlarının vəzifədə saxlanılması və yaxud yerlərinin dəyiş-düyüşü məsələsinə Hikmət Əlizadə ilə nazirin yanındakı “hörmətli” şəxsin rəyindən asılıdır. Bildirək ki, Azərbaycanda 9 milli park fəaliyyət göstərir. Bunlar Zəngəzur, Ağ göl, Şirvan, Hirkan, Altağac, Abşeron, Şahdağ, Göygöl,parkı Samur-Yalama milli parklarıdı.
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
Mənbə: Azeuronews.com