Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.
MilliYol.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Digər xəbərlər
loading...