Nəzarətindəki brokerlərin bəzisini Abşeron Logistika Mərkəzinə aparan Məlikov əvvəlki fəaliyyəti Abşeron Logistika Mərkəzində həyata keçirməyi planlaşdırır
“Trans Broker” ASC-nin rəhbəri, gömrük monopolisti kimi məşhur olan Əbülfəz Məlikova yeni səlahiyyətlərin veriləcəyi ilə bağlı məlumatlar var. Bizimxeber.az-ın məlumatına görə, Əbülfəz Məlikov son bir neçə aydır Abşeron Logistika Mərkəzinin baş direktoru vəzifəni tutur.
Məlumata görə, nəzarətindəki brokerlərin bəzisini Mərkəzə aparan Məlikov əvvəlki fəaliyyəti Abşeron Logistika Mərkəzində həyata keçirməyi planlaşdırır. Hazırda bu işə rəhbərlik Mərkəzdə çalışan Vahid adlı şəxsə həvalə olunub. Yaranmış bütün problemlər ondan soruşulur, nə lazımdırsa o edir.
Amma bəzi rəsmi prosedurların olmaması Məlikovun rahat fəaliyyətinə maneə yaradır. Odur ki, yaxın günlərdə Abşeron Logistika Mərkəzinə yeni səlahiyyətlər verilməsi gözlənilir. Bundan sonra Əbülfəz Məlikov rahatlıqla “öz fəaliyyətini” “qanuniləşdirəcək” deyə mənbə əlavə edir.
Bu səlahiyyətlətin nədən ibarət olması ilə bağlı məlumatları yaxın günlərdə sizə təqdim edəcəyik.
MilliYol.az