Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, sərəncamda bildirilir:
1. Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 3 160 000 (üç milyon yüz altmış min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Azərbaycan Respublikası Prezidentin İlham Əliyev Fazil Qurbanovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət” ordeni ilə təltif edilsin.
***
İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar müəllim”
Namazova Sevda Nadir qızı
Rüstəmova Məlahət Oruc qızı
Salmanova Larisa Parfenevna
"Əməkdar həkim”
Mirzəyeva Xatirə Əbdülrəhim qızı
"Əməkdar mədəniyyət işçisi”
Ələkbərova Nüşabə Nazir qızı.
***
İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Əmək” ordeni ilə
Ömərova Mömünət Məhəmməd qızı
"Tərəqqi” medalı ilə
Bağırova Tamella Sulduz qızı
Eminova Səadət Seyfulla qızı
Əhmədova Aytən Nadir qızı
Əhmədova Dilarə Qurban qızı
Əkbərova Mehrəngiz Ağabala qızı
Ələsgərova Səadət Məhəmməd qızı
Əliyeva Xuraman Eynulla qızı
İsgəndərova Xuraman Firqən qızı
Qafarova Rəqiyə Savalan qızı
Qaybalıyeva Fəridə Kamil qızı
Quliyeva Nuranə Aslan qızı
Quliyeva Raya Səlim qızı
Məmmədova Aynur Tofiq qızı
Məmmədova Fizzə Sadıx qızı
Məmmədova Humayə Muxtar qızı
Nurməmmədova Mədinə Əlişah qızı
Tağı Zadə Təranə Qadir qızı.