İcra başçısınn müavinini "fətullahçılar" və vəhhabilərlə hansı tellər bağlayır?
Ağdaş rayon İcra Hakimiyyəti başçısının I müavini, hakim Yeni Azərbaycan partiyası rayon şöbəsinin sədri Cavid Osmanovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyinin irəli sürülməsindən sonra mətbuat bu şəxslə bağlı çox sayda ziddyətli məlumatlar dərc edir.
Ağdaşdakı mənbələrdən conflict.az-a icra başçısının I müavininin Misirin paytaxtı Qahirədə “təhsil alması” ilə bağlı məlumat daxil olub. Məlumatı verən mənbə bildirib ki, C.Osmanov həqiqətən bir müddət Qahirə şəhərində yaşayıb. Ölkəyə qayıtdıqdan sonra isə Qahirədə yaşama səbəblərini təhsil alması ilə əlaqələndirib. Amma qısa müddət sonra ali təhsil almasını təsdiq edən diplomun saxta olduğu ortaya çıxıb.
Mənbə onu da əlavə edib ki, C.Osmanovun Misirdə şübhə doğuran yaşayışının səbəbləri Ağdaş rayon İcra Hakimiyyti başçısının I müavini təyin ediləndən sonra özünü idarəçilikdə daha qabarıq şəkildə göstərir. Ağdaşın əksər kəndlərində dini icmaların yaradılması, yerli icra nümayəndələrinin icma rəhbərləri təyin edilməsi, siyasi qərarların məscidlərdə qəbul olunması, ölkə insanı üçün xarakterik olmayan dini cərəyan nümayəndələrinə rayon ərazisində geniş biznes imkanlarının verilməsi və s. I müavinin şübhəli bağlılığının olması qənaətini yaradır.
Məlumatı verən mənbə bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə ölkədə illərdir gizli fəaliyyət göstərən “fətullahçıların” aşkarlanması, paytaxtın Yasamal rayonunda vəhhabi təriqətinə məxsus şəxslərin kütləvi həbsi zamanı Ağdaş rayon İcra Hakimiyyətinin başçısının I müavini Cavid Osmanov ciddi şəkildə narahat imiş. Mənbə onu da bildirib ki, hətta C.Osmanov həmin hadisələr zamanı bir müddət iş yerində də görünməyib.
"Milli Yol"
Digər xəbərlər
loading...