Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.
MilliYol.Az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olub. Sonra L. Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib.
O, Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izləyib.
Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirib.
Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış olublar. Uşaqlar öz əsərləri barədə məlumat veriblər.