"Bu gün anons vermək istəyirəm ki, problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir".
MilliYol.Az "Marja"ya istinadən xəbər verir ki, bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə prezident İlham Əliyev bildirib.
"Problemli kreditlər əhalini narahat edir. Ötən ildən hökumət üzvlərinə göstərişlər verilib. Təkliflər paketi hazırlanır. Milli Məclisdə də də müxtəlif təkliflər verilib. Bu məsələ ilə işçi qrupu ciddi məşğuldur. Son 2 aydır ciddi iş aparılır. Bu asan məsələ deyil. Biz bu məsələni həlll edirərək vətəndaşların maliyyə yükünü, maliyyə vəziyyətinin yaxşılaşdırılmasını görürük. Bir neçə ay ərzində aparlmış ciddi müzakirələr nəticəyə gəlməyə əsas verir. Biz təkliflərin son mərhələsindəyik. Yaxın gələcəkdə bunu həll edəcəyik. Buna oxşar bəzi ölklərdə qərarlar qəbul edilib, amma icra edilməyib. Vətəndaşlar üçün ən məğul variantın seçilməsi ön plandadır. Bu gün anons vermək istıəyirəm ki, bu məsələ yekunlaşmaq üzrədir”.