Komaya düşən jurnalist, Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman bu gün dünyasını dəyişib.
Bu barədə modern.az-a mərhumun yaxınları məlumat verib. Mərhum bu gün dəfn olunacaq.
Qeyd edək ki, N.Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirib. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini vermişdi.
Məlumat üçün bildirək ki, Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.