Azərbaycanın Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin qızı, müğənni Sədaqət Quliyeva (Ulduz) nişanlanmaq xəbərindən danışıb.
MilliYol.Az xəbər verir ki, sənətçi ölkə.az-a açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, ailə quracağı şəxs Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır:
"Əvvəldən tanışlığımız olmayıb. O məni efirdən tanıyıb. Sonra ortaq tanışlar vasitəsilə ailə qurmaq istədiyini bildirib. Toyumuz mart ayında olacaq. Hazırda başqa işlərlə əlaqədar Moskvadayam".
Qeyd edək ki, Sədaqət Ulduz sosial şəbəkədə "Həyat sevdiklərinlə gözəldir" şərhini yazaraq üzüyünü fotosunu paylaşmışdı.
Digər xəbərlər
loading...