Gənc yazar Kamran Su (Kamran Rüstəmov) vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. Dostları gənc yazarın ürək problemi olduğunu, infarktdan öldüyünü yazıblar.
28 yaşlı Kamran yeni ailə qurmuşdu.
Son illər Tiflisdə yaşayırdı. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında mədəniyyətdən, əsasən kinodan yazırdı.
Fərqli düşüncəyə sahib Kamran Su yazılarını şəxsi bloqunda paylaşırdı. (baku.ws)
Digər xəbərlər
loading...