Bir neçə gün öncə ölkə mediasında Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə 58 nəfər vergi orqanları əməkdaşlarının tutduğu vəzifələrdən azad edilməsi ilə bağlı xəbər yayıldı. İşdən çıxarılanların nazirin apardığı vergi islahatları çərçivəsində olduğu və sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün qeyd edilən addımı atdığı bildrilirdi. Xəbərdə işdən çıxarılan 58 vergi işçisi arasında 4 yüksək vəzifəli şəxsin olduğuda qeyd edilirdi.
Bildirək ki, sahibkarları incidən vergi əməkdaşlarının siyahısına nəzər saldıqda burda xeyli sayda kəsirin olduğu açıq şəkildə görsənir. Belə ki, nazir Mikayıl Cabbarovun siyahısında nədənsə İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun adı yoxdur. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır. Nazirlik içindəki bilgili şəxslərin cumhuriyyet.az-a verdiyi məlumatda indiki nazirin kadr dayişikliklərinə “stop” deməsinin səbəbi sələfi ilə eyni komandada olması və bəzi vergi məmurları ilə keçmişə dayanan münasibətlərlə əlaqələndirilir. Hazırkı nazir Mikayıl Cabbarov tez-tez media önünə çıxaraq vergi strukturlarında islahatların yaxın illərdədə davam edəcəyini və ölkəmizdə fəaliyyət göstərən yerli, əcnəbi sahibkarlara qarşı sələfinin dövründə baş verən haqsızlıqların təkrarlanmayacağını dilə gətirir.
Ancaq son aylar mətbu orqanlarda ölkənin müxtəlif bölgələrindən bəzi sahibkarların yenədə vergi məmurları tərəfindən sıxışdırılması ilə bağlı müxtəlif şikayətlər işıqlandırılır. AzToday.az olaraq media üzərindən apardığımız araşdırmalar istinadən bildirik ki, son 4 ayda ölkə mətbuatında sahibkarların şikayəti daha çox Vergilər nazirliyi yanında və buna görə İri Vergi Ödəyiciləri ilə İş İdarəsi ilə bağlıdır. Bu idarənin Vergilər nazirliyində ən strateji və kilid qurum olduğu hər kəsə bəllidir. Ölkə mediasında İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəhbərliyinin bir çox sahibkarları köhnədə olduğu kimi “soyub soğana” çevirmələri barədə davamlı məlumatlar verilir. Həmin məlumatlarda vurğulanır ki, nazirliyin strateji bir idarəsində sabiq nazir Fazil Məmmədovun dövründə olan “adət ənənə” yenədə davam etdirilir. Köhnə “adət-ənənənin” adı çəkilən qurumda davam etdirilməsi əsas səbəblərindən biri isə İri Vergi Ödəyiciləri ilə İş İdarəsiin rəhbərliyində sabiq nazir Fazil Məmmədovun komandasının qalmasıdır. Oxucularımız üçündə maraqlı olar ki, niyə hazırkı nazir Mikayıl Cabbarov sələfinin komandasını bu idarədən uzaqlaşdırmayıb? Bu suala cavab tapmaq üçün isə cumhuriyyət.az olaraq media üzərindən təkzib olunmayan məlumatlara istinadən apardığımız kiçik bir araşıdrmalarda çox ilginc detallara vardıq.
Belə ki, Vergilər nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş İdarəsinə rəhbərlik edən Vüsal İsmayılov sabiq nazir Fazil Məmmədovun dövründə bu vəzifəyə təyinat alıb. Vüsal İsmayılovun bu təyinatında baş rolu sabiq nazirin ən “kilid” adamlarında olan, müaşaviri Mahir Rəfiyev aparıb. Məlumata görə Mahir Rəfiyevlə Vüsal ismayılov həmkəndli olmaqla bərabər həmdə qohumdurlar. Ancaq Mikayıl Cabbarov nazir təyin edildikdən sonra Fazil Məmmədovun “kilid” adamlarının kadrları nazirlikdən uzaqlaşdırsada Mahir Rəfiyevin qohumu Vüsal İsmayılova “gözün üstəq aşın var” deyən olmayıb. Çünki İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəisinin Mahir Rəfiyefdən sonrada himayədarı tapılıb və buna görədə Vüsal İsmayılov öz işini rahat şəkildə görməkdə davam edir.
Apardığımız araşdırmalrda məlum oldu ki, Vüsal İsmayılovun Vergilər nazirliyindəki yeni himayədarı nazir Mikayıl cabbarovun xalası oğlu həmdə müşaviri Elnur Əliyevdir. Elnur Əliyevin idarə rəisinə himayədarlıq eləməsinin səbəbinə gəlincə nazirin xalası oğlunun Vüsal İsmayılovun rayonu olan Neftçala rayonu ilə qohumluq bağlılığı və Mahir Rəfiyevlə yaxşı münasibətlərinin olması göstərilir. Onuda qeyd edək ki, mediada yayılan məlumatlara görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə 200 min manat “şirinlik” alıb. Həmin pulu Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir. Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir.
Mənbə: cumhuriyyet.az