"Bu gün Azərbaycanın güclü ordusu var. Biz İrandan da, Rusiyadan da istəyirik ki, bu məsələyə ədalətli yanaşsınlar. Azərbaycan torpaqları işğaldan azad edilsin. Qaçqınlar öz yurd-yuvalarına qayıtsın".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında hərbi ekspert Emin Həsənli İran hərbi gəmilərinin Bakıya gəlişinə şərh verərkən deyib.
Emin Həsənli bildirib ki, Azərbaycan bütün qonşularla, bütün dövlətlərlə ikitərəfli əməkdaşlığa üstünlük verir: "Burda həm siyasi-iqtisadi, həm də hərbi əmkdaşlıq var. Qonşularla münasibəti yüksək səviyyədə saxayır. İran bizim həm dəniz, həm də quru qonşumuzdu. Azərbaycan İranla əməkdaşlığa, sülh və tərəfdaşlığa, mehriban qonşuluq siyasətinə üstünlük verir. Bu istiqamətdə də ardıcıl addımlar atır. İran üçün beynəlxalq münasibətlərin ən çətin zamanlarında Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib. Bu dostluğa hər tərəfli sadiq qalıb. İranla bizim tarixi və dini köklərimiz var. İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Əməkdaşlığın genişlənməsi Azərbaycanın hərtərəfli maraqlarına cavab verir".
Ekspert qeyd edib ki, Azərbaycanın yerləşdiyi region ağır regiondur: "Bu regionda dünyanın bir çox dövlətləri qarşı-qarşıya gəlir. Rusiya, İran, Qazaxıstan, Türkiyə və bütün qonşularla Azərbaycanın xoş münasibəti var. Azərbaycan Rusiya ilə İran arasında Şimal-Cənub dəhliz layihəsinə bu yaxınlarda imza atdı. Eyni zamanda Bakı-Tiflis-Qars dəmiryolu xətti vasitəsilə Avropa ilə Asiyanı bir birinə birləşdirəcək. Azərbaycan həm Şimalla Cənubun, həm də Qərblə şərqin arasında dəhlizdi. Keçən il Rusiyanın hərbi gəmiləri, bu il İranın gəmiləri Azərbaycana gəldi. Azərbaycan hərbi dənizçiləri ilə İran hərbi dənizçilərinin əməkdaşlığı daha da dərinləşəcək. Bizim Hərbi Dəniz məktəbində olacaqlar. Hətta futbol yarışları da nəzərdə tutulub. Əməkdaşlığın dərinləşməsi hər iki dövlətin milli maraqlarına cavab verir. Xəzər dənizinin sülh dənizinə çevrilməsinin tərəfdarıyıq".
Emin Həsənli vurğulayıb ki, İranın regiondakı prosseslərə təsir nüfuzu var: "Biz çalışmalıyıq ki, Rusiya və İran Qarabağ məsələsində obyektiv mövqe tutsun. Onlar hər ikisi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edirlər. Azərbaycan bölgədə iqtisadi-siyasi cəhətdən o qədər əhəmiyyətli dövlətə çevrilib ki, Ermənistan o dərəcədə cəlbedici deyil. Biz onlarla Ermənistanla müttəfiq olduğu üçün əməkdaşlıq etməsək, bu doğru olmaz. Biz beynəlxalq münasibətlər sistemində öz dostlarımızı qorumalıyıq. Ermənistana yaxın olan dövlətlərə həqiqəti başa salmağa çalışmalıyıq. Bizim siyasətimiz balanslanmış siyəsətdir. Beynəlxalq münasibətlər sistemində 10 il bundan qabaq yaxşı münasibəti olan dövlətlərin hətta 1 ilə münasibətləri hansı formaya düşür onun şahidi oluruq. Konkret Rusiya - Tükiyə münasibətlərini götürək. İndiki səviyyədə heç bir zaman bu iki dövlətin bu qədər yaxşı münasibəti olmayıb. Amma bir təyyarə hadisəsinə görə münasibətlər gərginləşmişdi. Azərbaycan və Qazağıstan haqlı olaraq vasitəçilik etdilər. Ümumiyyətlə bizim bu xoş niyyətli siyasətimiz həm İranın, həm də Azərbaycanın maraqlarına cavab verir".
MilliYol.Az
Digər xəbərlər
loading...