Moskvadakı "Neolit" restoranına hücumda şübhəli bilinən "Instagram" bloqqeri Alibek Mirzəxanov saxlanılıb.
MilliYol.Az Crime Russia-ya istinadən xəbər verir ki, Mirzəxanov və digər 4 nəfər restorana bıçaq və silahla gələrək 8 atəş açıb və müştərilərdən 1-ini yaralayıb. Saxlanılandan dərhal sonra açıqlama verən Alibek Mirzəxanov hadisədə iştirak etmədiyini, qanunu pozmadığını dilə gətirib, həmçinin təhlükəsizliyinə görə narahat olduğunu bildirib.
"Instagram"da 100 mindən çox izləyiciyə sahib bloqqer 2012-2013-cü illərdə insan haqları müdafiəçilərinə müraciət edərək Dağıstanda 3 dəfə qaçırıldığını və işgəncəyə məruz qaldığını bildirmişdi.
Qeyd edək ki, 15 fevralda Moskvanın Peçatniki ərazisində yerləşən, Azərbaycan əsilli Yaşar Əliyevə məxsus "Neolit" restoranına çeçenlərin silahlı basqını təşkil edilmişdi. Təxminən 70-100 nəfərin iştirak etdiyi qarşıdurmada azərbaycanlılar hədəf alınmış və 10 nəfər yaralanmışdı.