Dünən səhər saatlarında Yamal yarımadasında üç Günəş parıldayıb.
Qərbi Sibirin şimalında yerləşən yarımada sakinləri belə təbiət hadisəsini bir neçə dəfə müşahidə ediblər.
Bununla belə, sözügedən təbiət hadisəsi insanların diqqətini cəlb edir. Hadisə yerli sakinlər tərəfindən lentə alınıb.
Alimlərin fikrinə görə buna bir neçə faktor səbəb olur: yer səthindən 5-10 km hündürlükdə yerləşən lələkli buludlarda buz kristallarının mövcudluğudur.
Bundan başqa günəş tərəfindən xüsusi şüalanmadır. Bir qayda olaraq, daha parlaq effektlər Günəşin sağ və sol hissəsində müşahidə olunur və üç Günəş effekti verir. Bəzən isə bu effekt daha çox olur və səmaya baxan insan 5, 7 Günəş görə bilər.(ölkə.az)
Digər xəbərlər
loading...