Necə ki, Səlim Müslümov ƏƏSMN-nin rəhbərliyinə DSMF-dən transfer olunmasına rəğmən özünü az qala "peyğəmbər" kimi təqdim edərək "yuxarıların" gözünə "kül üfürməyə" üstünlük verdi, eləcə də Səfər Mehdiyev eyni üslubla - özünü tamamən gömrük sisteminin əvvəlki dönəmlərinə yad birisi kimi təqdim etməyə çalışdı
Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunandan sonra Səfər Mehdiyev özünün saxta islahatçı obrazı ilə diqqətə gəlməklə yanaşı, həm də pafoslu bəyanatları ilə də diqqət çəkdi ki, əslində bu yolla o, başqa bir uğursuz nümunəni - keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu təkrarlamış oldu. Necə ki, Səlim Müslümov ƏƏSMN-nin rəhbərliyinə DSMF-dən transfer olunmasına rəğmən özünü az qala "peyğəmbər" kimi təqdim edərək "yuxarıların" gözünə "kül üfürməyə" üstünlük verdi, eləcə də Səfər Mehdiyev eyni üslubla - özünü tamamən gömrük sisteminin əvvəlki dönəmlərinə yad birisi kimi təqdim etməyə çalışdı.
Sanki dünənə qədər gömrük sostemində cərəyan edən özbaşınalıqlar, yeyinti və korrupsiya hallarının kuliminativ nöqtəsi, habelə gömrükdəki inhisarçılıq, sahibkarlara divan tutulması və bu kimi neqativ hallar Səfər Mehdiyevin məlumat və aidiyyat zonasında olmayıb. Yəni adam bütün bu baş verənlərdən xəbərsiz şəkildə sakitcə olaraq özünün 1-ci müavinlik kabinetinə çəkilərək dərd edirmiş... Özünü bu günə saxlayırmış. Nə rüşvətdən xəbəri varmış, nə də dövlət büdcəsinə edilən qəsddən...
Bütün bunları DİA.AZ-a xatırladan mənbə iddia edir ki, Səfər Mehdiyevin fiaskosu qaçılmazdır:
"Səfər Mehdiyev enində-sonunda ilişəcək. Necə ki, Səlim Müslümov uzun müddət duruş gətirə bilmədiu. Sadəcə olaraq, ona tanınmış 5 illik fürsəti dəyərləndirib sədrliyin dadını çıxarmaqla məşğuldur. Çünki onun kimi köhnə gömrük ab-havalı şəxslər heç bir halda səmimi islahatçı ola bilmirlər. Müəyyən həddə qədər. Səfər Mehdiyevin də limiti rəqiblərini, dünənki düşmənlərini hədəfə almaqla məhdudlaşdı. İndi DGK-də "qurdla quzu bir yerdə otlayır" mühiti yaranmış kimi göstərilir. Amma DGK-nin əvvəlki ağırlığını sahibkarlar aşkar şəkildə hiss edirlər".
Mənbə konkret misallar da çəkdi ki, bu barədə daha geniş materialımız hazırlanır. Əlavə olaraq onu qeyd edə bilərik ki, dia.az-a danışan qaynaq yaxın vaxtlarda DGK-da kadr islahatlarının həyata keçiriləcəıyini də söylədi. Kimlər gedəcək? Bu barədə növbəti yazımızda... Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
MilliYol.az