Yəqin ki, hər bir ölkə vətəndaşının yadında olar. Bu informasiya hər kəsin baş-beynini dəng etmişdi. Televiziyaları açırdın velosiped zavodu haqqında, radio velosiped zavodu haqqında, sosial şəbəkələr ki, az qala dağılırdı.
Gecə-gündüz velosiped zavodu mədh edilirdi. Rayon rəhbərliyi keçirdiyi bütün iclaslarda "velosiped zavodu açılacaq və rayonumuzda işsizlərin sayı kəskin azalacaq" deyərək insanları arxayın edirdilər. Hətta rəhbərlik son vaxtlara kimi belə fikirlə çıxış edirdi ki, guya bir qrup gənc hazırda xaricdə velosipedlərin istehsalı ilə bağlı kurslara cəlb olunub. Amma bütün bunlar yalan çıxdı. Dövlət başçısı bu ilin avqust ayında İsmayıllıya səfəri zamanı zavodun lentini kəsərək açılışını həyata keçirdi.
Ancaq prezident Bakıya çatmamış zavodun bütün işçiləri evlərinə göndərildi. Onlara deyildi ki, zavod hələ ki, işləməyəcək, evlərinizə gedin, özümüz çağıracağıq. Bundan sonra baş verənləri hər kəs KİV-də və sosial şəbəkələrdə izləyib. Zavod rəhbərliyi nədənsə həmişə KİV-lə əlaqədən yayınırdı.
Amma kend.info zavodun müdirini baş verənlər barəsində danışmağa razı salıb. Müdir Elnur Əliyev özünü zavodun baş direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi təqdim edir. Burada açıqca yalanın səsləndiyi məqamı tutmaq olur. Məsələn, "Qafqazın ən böyük zavodu"nda 50 nəfər işçi işləyəcək. İkinci yalan heç kim xaricdə kursa cəlb olunmayıb. Göründüyü kimi zavod rəhbərliyi, həm ölkə rəhbərliyini,həm də rayon rəhbərliyini pis vəziyyətdə qoyur.
Əsas məsələ bundan ibarətdir ki, deyilənlər barəsində fikirləri dəyərli izləyicilərimiz zavod müdiri Elnur Əliyevin dilindən eşidəcək. Buyurun qısır yaradılmış velosiped zavodunun müdirini dinləyin.
Mənbə: kənd.info
Digər xəbərlər
loading...