Finlandiya noyabrın 21-dən etibarən Avropa İttifaqında (Aİ) sədrlik edəcək
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətinin məlumatında deyilir.
Bildirilir ki, Finlandiyanın Avropa İttifaqındakı sədrliyinin öncül vəzifələri Avropada insan hüquqları sistemini və hüququn aliliyini gücləndirmək, qadınların bərabərliyini və hüquqlarını dəstəkləmək, gənclərə diqqəti cəlb edərək radikallaşmasının qarşısını almaq olacaq.
Bununla yanaşı, yeni texnologiyaların insan hüquqlarına təsirinə də diqqət yetiriləcək. Belə ki, gələn il fevralın 26-27-də Helsinkidə “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Həmçinin noyabrın 8-də Avropa İttifaqının Baş katibi Torbyorn Yaqlandın Finlandiyaya səfər edərək xarici işlər naziri Timo Soyni, Prezident Sauli Niinisto, parlament sədri Paula Risikko ilə görüşəcək.
Finlandiyanın Aİ sədrliyi 2019-cu ilin may ayının axırınadək davam edəcək.
MilliYol.Az