Bakıda mənzildən külli miqdarda oğurluq edilib
Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb. (cebhe.info)
MilliYol.Az
Digər xəbərlər
loading...