Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur.
Bu barədə “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur.
“Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şossesindən başqa heç bir yolda su su basma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Binəqədi şossesində isə yaxınlıqda olan bir-neçə açıq su kanallarının daşması nəticəsində yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər aparılır. Sedan tipli avtomobillərin həmin ərazidən keçməsi tövsiyyə olunmur”.
MilliYol.Az
Digər xəbərlər
loading...