Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb
Milli.Az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib.
Qeyd edək ki, F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb.
F.Məmmədov hazırda Türkiyədəki "American Hastanesi"ndə müalicə alır.
pia.az
Digər xəbərlər
loading...