Azərbaycan diplomatiyasının başçısı Elmar Məmmədyarovun İstanbulda 3 ölkənin xarici işlər nazirlərinin görüşündəki “möhtəşəm” çıxışı ilə bağlı müzakirələr davam edir
Maraqlıdır ki, nə dediyi və demək istədiyi anlaşılmayan naziri tənqid edənlərlə yanaşı onun müdafiəsinə qalxanlar da az olmadı. Onlardan biri nazirin atası, akademik Məhərəm Məmmədyarovdur ki, bu da təbii və başadüşüləndir. Ancaq hörmətli akademikin “Azərbaycanca təmiz danışan o qədər əclaflar var ki”, deyə, oğluna haqq qazandırması, yumşaq desək, mahiyyəti təhrif etmək cəhdi idi. Bəli, təkcə azərbaycanlıların arasında deyil, bütün digər xalqlarda da öz dilində təmiz danışan əclaflar var. Ancaq öz dilini bəyənməyən, ona yuxarıdan aşağı baxan, bu dildə gündəlik həyatında danışmağı özünə sığışdırmayan, ən pisi də odur ki, heç öyrənməyə belə cəhd etməyən və əvəzində 5-6 xarici dil bilməsilə öyünənlər də var! Və belələri öz dilində təmiz danışan əclaflardan heç də az təhlükəli deyillər…
Yenə də Məhərrəm müəllimi qınamaq yəqin ki, doğru olmaz. Ancaq onun oğlu hər halda, elə edə bilərdi ki, atası bu yaşında ona haqq qazandırmaq üçün özünə belə əziyyət verməyə məcbur olmasın…
Doğrusu, nazirin müdafiəsinə qoşulanlar sırasında deputat Vahid Əhmədovun da görünməsi bir qədər maraqlıdır: “Elmar Məmmədyarov bir çox xarici dilləri bilir. Ola bilər ki, məhz bu səbəbdən Elmar müəllimin ana dilində danışmasında müəyyən nöqsanlar olsun. Əsas odur ki, Elmar Məmmədyarov vətənpərvər insandır. Peşəkar siyasətçidir. Mən ona qarşı səsləndirlən fikirlərlə razı deyiləm”.
Deputat deyir ki, nazirimiz vətənpərvər və savadlıdır. Vətənpərvərlik vətənə sevgi göstəricisidir. Ancaq Vahid müəllimdən soruşmaq olardı ki, bir insanın vətən sevgisi öz doğma dilini öyrənməyə yetəcək qədər deyilsə, onu necə vətənpərvər adlandırmaq olar? Yaxud onun savadı heç olmasa nazir işlədiyi son 14 ildə bir dili, özü də qanında daşıdığı doğma dili öyrənməyə yetmirsə, onu necə savadlı və peşəkar adlandırmaq olar? Vahid müəllim, axı niyə demirsiniz ki, E.Məmmədyarov və onun qəlibindəki adamlar sadəcə, öz dilinə qarşı hörmətsizlik edir, onu bu cür mötəbər tribunalarda aşağılayır və alçaldırlar?…
Odur ki, E.Məmmədyarovu həmin çıxışına görə qınayanları tənqid etmək deputatımız üçün heç də uğurlu seçim deyil. Və normalda əlbəttə ki, heç kimin müdafiəsinə ehtiyacı olmayan nazir özü çıxıb bütün bu söz-söhbətlərə son qoya bilərdi. Ancaq nədənsə, bunu etmir, səbəbini də yəqin ki, Vahid müəllim daha yaxşı bilər…
Digər tərəfdən, yaxşı, deyək ki, atası oğlunun dilindən anlayır, bəs Vahid müəllim? Bəlkə o da başa düşüb nazirin nə dediyini? Əgər başa düşübsə, aşağıda onun çıxışının min bir zillətlə çıxardığımız stenoqramını dərc edirik. Zəhmət deyilsə, tərcümə etsin və qoy xalqımız nəhayət ki, öz vətənpərvər və peşəkar nazirinin nə dediyini anlasın:
“Təşəkkür edirəm, hörmətli Mövlud bəy, mənim əziz dostum, qardaşım (bura qədər hər şey yaxşı gedir-red.). İlk növbədə əlbəttə ki, mən e öz adımdan, Azərbaycan xalqın adından, Azərbaycanın rəhbərliyinin adından Türk Cümhuriyyəti günüynən sizi təbrik eləmək istəyirəm, 95 iliynən. Bu çox önəmlidir qtə əlamətli bir gündür. Doğru deyak ta (deyəsən belə dedi-red.) enerji baxımından bildiyiviz kimi məsələn ən önəmli ee, artıq bu boru lap x Transanatoliya maypray (təxminən belə deyir-red.) TANAP adlandıran bir borudur, o da birdəfəlik. Əgər biz söyləyək bu cənubi e a dəhlizin bir hissəsidir. Ümumiyyətlə, xatırlatmaq istəyirəm ki, biz ələ bir on sənə (yəqin ki, türk dilində “il” demək istəyir-red.) bundan öncə e Baku-Tbilisi-Ceyhan neft borunu təqdim elədük, onun üstündə (?) də indi qaz boruları, o cümlədən a transanatoliyanpayprayn (deyəsən belə deyir-red.) TANAP adlandıran artıq öz işini, fəaliyyətini başlayıb. Keçən ay Türkiyədə Ulduz Neftqayırma (“Neftayırma” yox, məhz “Neftqayırma”-red.) a Zavodunun açılışına oldu. O da gətirdik Azərbaycanın sərmayaları Türkiyəyə, yalnız Türkiyəyə 15 milyarda ABŞ dolları yaxın oldu. Və biz inanırıq ki, bu enerji layihələr ondan sonra da çox faydalı olıcey, həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm Türkiyə üçün və daral davamlı olaraq, transanatoliya traypray (deyəsən belə deyir, amma bu yerdə səhv etdiyini anlayır-red.), ee transadriatik trayprayn iyirmi iyirmidə (“iki min iyirminci ildə” demək istəyir-red.) İtaliya bazarına da Azərbaycandan istehsal olunan neft (yenə səhv etdiyini başa düşərək, düzəldir-red.) e qazı gətirə bilər…
Mən çox istifadə edən adamlar deyir ki, bəs hamdı be beynalxalq hava limanları əfsuslar döyül ki (“təsadüfi deyil ki” demək istəyir-red.) əksəriyyəti yolu dünyaya gedəndə Bakıynan İstanbul arasında ən belə yaxşı trafik var… İki min iyirmi birci il üçün və a e ilk növbədə o mən demişkən ki, sıktor(?) sıktoriol e inkişafçı dü cürbəcür dipli o biri nazirlər də, mütəxəssislər də daha da geniş iş apar…”
pia.az