ABŞ-ın CNN telekanalı Donald Trampın eyni adlı oğlu ilə reklam mübahisəsinə girişib
Kiçik Donald Tramp CNN-i atasının yeni reklam kampaniyasını qəsdən yayımlamadığına görə qınayıb.
Oğul Tramp telekanalı yalnız yalan xəbərlər uydurmaqda ittiham edib və ölkədəki real təhdidləri görməzdən gəlməkdə günahlandırıb.
CNN telekanalının cavabı özünü çox gözlətməyib.
"CNN redaksiya adından verdiyi bəyanatla kiçik Trampın bəhs etdiyi reklam çarxının irqçi xarakter daşıdğını artıq izah edib. Bizə buna görə pul təklif olunduqda, dərhal imtina etdik", - kanalın PR meneceri mətbuata bildirib.
Xəbərə görə, prezident Donald Trampın sözügedən reklam filmində Luis Brakomontes adlı bir şəxsdən bəhs olunur. Həmin adam bir zamanlar qeyri-qanuni şəkildə ABŞ-a gəldiyi üçün ölkədən deportasiya edilibmiş.
Lakin sonradan yenidən Birləşmiş Ştatlara geri dönməyi bacarıb. Reklam çarxında Luis Brakomontesə həmin dövrdə demokratların kömək etdiyi vuruğulanıb.
Trampa qarşı boykot istəyi sənət dünyasından da gəlməkdədir.
Bu günlərdə isə məşhur aktrisa və müğənni Barbara Streyzand mətbuatdan Donald Tramp haqqında ümumiyyətlə, hər hansı reportaj və ya süjet yayımlamamağı tələb edib.(musavat.com)
MilliYol.Az