Ötən il Səudiyyə Ərəbistanında aparılan korrupsiya araşdırmaları nəticəsində həbs edilən şahzadələrdən birinin sərbəst buraxıldığı iddia olunur
Bu barədə ABŞ-ın “Wall Street Journal” gündəlik qəzeti etibarlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bir çox şahzadə, nazir və iş adamının həbs olunduğu əməliyyatdan sonra ilk dəfə azadlığa çıxan şəxs şahzadə Salman bin Əbdüləzizin qardaşı oğlu şahzadə Xalid bin Təlaldır.
Qeyd olunur ki, bu, oktyabrın 2-də İstanbulda konsulluqda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra Sudiyyə Ərəbistanınna qarşı səsləndiirlən tənqidlər və təzyiqlərin azaldılması üçün atılmış addımdır.
“Səudiyyə Ərəbistanı hökuməti artıq dəyişmək istədiyini və bu məsələdə ciddi addmılar atdığını göstərmək istəyir. Şahzadə Xalidin sərbəst buraxılması çox simvolikdir. Belə ki, o, şahzadə Mməhəmməd bin Salmana qarşı çıxdığına görə həbs olunmuşdu”, - deyə mənbə bildirib.
Mənbə həmçinin vurğulayıb ki, yaxın zamanlarda şahzadə Turki bin Abdullah, şahzadə Əbdüləziz bin Fəhd və milyarder iş adamı Məhəmməd Hüseyn əl Amoudun da həbsdən çıxacağı gözlənilir.(Qafqazinfo)
MilliYol.Az