Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda, Cudi dağının ətəklərində yerləşən mağarada 8 terrorçu məhv edilib
Yerli mətbuat yazır ki, bu terrorçular bölgədə həyata keçirilən "Hançer-6” antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib. Mağarada, həmçinin onlara məxsus silah, sursat və yaşayış üçün zəruri əşyalar olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 31-dən noyabrın 2-dək ölkə ərazisində həyata keçirilən əməliyyatlarda 18 terrorçu zərərsizləşdirilib. “Kemal Bagok” ləqəbli Lokman Gençin meyiti Şırnakın Güçlükonak rayonunda aşkarlanıb. Axtarışda olan bu təhlükəli terrorçu oktyabrın 4-də Mardinin Dargeçit rayonunda 8 əsgərin şəhid olduğu terror aktının təşkilatçısı və iştirakçısı olub. (virtualaz.org)
MilliYol.az