Ötən gün Milli Məclisdə deputat Tahir Kərimli himnimizlə bağlı səsləndirdiyi iradlar sosial şəbəkədə birmənalı qarşılanmayıb
Onun himnimizin çox bədbin və uzun olduğunu qeyd etməsi müzakirə yaradıb.
Oxu.az məsələ ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin fikirlərini öyrənib.
Sənətçi saytımıza açıqlamasında Tahir Kərimliyə dəstək verərək, himnimizin bədbin notlara kökləndiyini söyləyib.
"Əslində, bu himni Üzeyir Hacıbəyovla Əhməd Cavad 1918-ci ildə şəhid olan azərbaycanlılara həsr edib. Bu, himn kimi yazılmayıb. Ona görə də, Üzeyir bəy burada minor ab-havası verib. O, "Xalq musiqisinin əsasları" kitabında qeyd edir ki, bayatı-şiraz qəmginlik gətirən musiqidir. Onun çox gözəl digər himni də var, ancaq o sovet dövründə olan Azərbaycana aiddir. Mən də həmişə fikirləşmişəm ki, bu, şəhidlərə aiddir. Biz əgər şəhid verməklə, Azərbaycanın bütövlüyünü təmin etmişiksə, ona görə qəmgin not normaldır", - deyə bəstəkar bildirib.
MilliYol.Az