Pakistanın tanınmış din xadimi, Camaat-üləma-e-İslam Partiyasının lideri, keçmiş senator Sami ül-Həqq Sami əl-Həqq ölkənin Ravalpindi şəhərində öldürülüb
Bunu onun oğlu Həmid ül-Həqq bildirib.
Onun sözlərinə görə, atasının çoxsaylı bıçaq yarası olan meyitini evdə aşkar ediblər: "O, naməlum şəxs tərəfindən öz evində hücuma məruz qalıb. Onun qana bulaşan meyitini sürücüsü aşkar edib".
Hücumun səbəbi hələ ki, məlum deyil.
Qeyd edək ki, Sami ül-Həqq Sami əl-Həqq həm də "Taliban" hərəkatının mənəvi lideri sayılırdı.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...