Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, 2018-ci il 31 oktyabr tarixində saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne¬çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumu¬nun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MilliYol.Az