Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.
Qar, həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.
Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...