"ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəflərin iradəsi ilə həll olunacağına ümid edir, lakin hərtərəfli sülh üçün çətin də olsa, kompromis lazımdır"
Bunu Rusiyada səfərdə olan ATƏT-in Baş katibi Tomas Qreminqer jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, münaqişə tərəfləri ritorikanı yumşaltmaq və təmas xəttindəki gərginliyi azaltmaq üçün konstruktiv şəkildə işləməlidirlər:
“İnanıram ki, konstruktiv danışıqlara əlverişli atmosfer yaratmaq üçün səylər göstəriləcək. Belə bir atmosfer bütün tərəflərə uzunmüddətli və hərtərəfli sülhə nail olmaq, kompromislərə gəlmək üçün son dərəcə zəruridir”.(teleqraf.com)
MilliYol.az
Digər xəbərlər
loading...