Bu ilin oktyabr ayında Rusiyada 40,26 mln. ton neft-qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 4,4% çoxdur
Bu barədə qonşu ölkənin Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ilin ilk 9 ayında isə hasilat göstəricisi 1,1% artaraq 460,8 mln. ton təşkil edib.
Beynəlxalq maliyyə hesabatları standartlarına görə, ötən ay “Rosneft” şirkəti hasilatı 5,2% artıraraq 18,86 mln. tona, “LUKoil” şirkəti 2,2% artıraraq 7,1 mln. tona, “Surqutneftqaz” şirkəti 0,7% artıraraq 5,2 mln. tona, “Qazpromneft” şirkəti isə 3,1% artıraraq 5,2 mln. tona çatdırıb. Bununla yanaşı, 9 ay ərzində “Tatneft” şirkəti 24,34 mln. ton, “NovaTEK” şirkəti isə 9,78 mln. ton kandensat hasil edib. (virtualaz.org)
MilliYol.az