Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 211,021 mln. manat təşkil edib
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,55% azdır.
“Aztelekom”un aktivlərinin 90,3%-ni və yaxud 190,623 mln. manatını əsas vəsaitlər təşkil edib. Ötən il şirkətin əsas vəsaitləri 7,5% azalıb.
Hesabat dövründə “Aztelekom”in cəmi öhdəlikləri 37,7% azalaraq 29,843 mln. manata düşüb, cəmi kapitalı isə bölüşdürülməmiş mənfəət hesabına 3,2% artaraq 181,178 mln. manata çatıb. Rabitə müəssisəsinin nizamnamə kapitalı isə 22,244 mln. manat olaraq qalıb.
2017-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəliri 74,835 mln. manat (2016-cı ilə nisbətən 17,7% az), xidmətlərinin maya dəyəri 54,552 mln. manat (7% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 25,197 mln. manat (10,1% az), maliyyə xərcləri 933 min manat (67,8% az), digər qeyri-əməliyyat gəlirləri 14,603 mln. manat (47,1% çox) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 8,756 mln. manat olub ki, bu da illik müqayisədə 22% azdır.
Ötən il “Aztelekom” əvvəlki ilə nisbətən 3,2 dəfə çox – 3,109 mln. manat mənfəət vergisi ödəyib və 2017-ci ili 5,647 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 45% azdır.(report)
MilliYol.Az