ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalist Camal Xaşucinin qətlində məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etmək üçün Vaşinqtonun əlində kifayət qədər sübutun olmadığını bildirib
MilliYol.Az Azvision.az-a istinadən xəbər verir ki, bunu Pompeo “KMOX” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, sübutlar toplayarq Səudiyəyə qarşı sanksiyaların tətbiqi bir neçə həftə vaxt aparacaq: “Biz bu qətldə iştirak edən şəxslərə qarşı sanksiyaları nəzərdən keçiririk. Yəqin ki, əlimizə kifayət qədər sübut toplayaraq bu sanksiyaların faktiki tətbiqi üçün bir neçə həftə vaxt lazımdır. Biz qətllə bağlı hüquqi məsuliyyətə gətirəcək fakt nümunələrini tapacağıq. Prezident Tramp deyib ki, bu dəhşətli cinayətin törədilməsində əli olanların məsuliyyətə cəlb edilməsini tələb edəcəyik” – Pompeo vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın Səudiyyə Ərəbistanı ilə önəmli kommersiya əlaqələrilə yanaşı, strateji münasibətlərinin də olduğunu bildirmişdi. Onun sözlərinə görə, sanksiyaların tətbiqindən əvvəl, Vaşinqton bu münasibətlərə xələl gəlməyəcəyinə əmin olmalıdır.
MilliYol.Az