Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya rəsmi səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya rəsmi səfər edəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səfər noyabrın 10-11-də reallaşacaq.
Bu arada o da məlum olub ki, Fransa parlamentinin deputatı Lyuk Karvunas Fransa prezidenti Emmanuel Makrona müraciət edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfərini ləğv etməsini istəyib.
O, Makronun bu addımı, qondarma erməni soyqırımına görə atmalı olduğunu bildirib.
Qeyd edək ki, Makron bundan öncə Ərdoğanı Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə bağlı tədbirə dəvət edib. Tədbirin 11 noyabrda keçirilməsi nəzərdə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...