“Rusiyada orta həyat səviyyəsi düşdükcə ölkənin böyüklüyünə dair iddialar əhaliyə boş vədlər kimi gəlir. Ancaq Vladimir Putinin 18 illik hakimiyyəti bizə nəsə öyrədibsə, onun reytinqinin azalmasının heç kəsə yaxşı bir şey vəd etmədiyini bilməliyik"
“The Project Syndicate” portalında Tikhon Dzyadko belə yazır.
Cəmi yeddi ay öncə Putin dördüncü müddətə prezident seçildi, onun səslərin 77%-ni topladığı açıqlandı. Ancaq Rusiyanın İctimai Rəy Araşdırma Mərkəzinin apardığı rəy sorğusuna görə, prezident seçkisi bu gün keçirilsəydi, Putin səslərin 47 faizini yığa bilərdi, yəni ikinci tura qalardı. Müəllif bu durumu Rusiya və dünya üçün təhlükəli hal sayır.
“2013-cü ildə Putinin reytinqi indikindən də aşağı həddə düşmüşdü. Putin iriçaplı silahları işə saldı, əvvəlcə məcazi, sonra həqiqi mənada. 2014-cü ildə, rusiyalı atletlər Qış Olimpiadasında (dövlətin himayə etdiyi dopinq sisteminin köməyilə) təsirli oyun sərgilədilər. Bundan sonra Rusiya Ukrayna ərazisinə girərək Krımı ilhaq etdi. Dövlət mediasının iddiasına görə, Putin Rusiyanın böyüklüyünün bərpası vədini yerinə yetirirdi.
Putinə dəstək reytinqi 85%-ə yüksəldi. Mağazalar onun şəkli olan, “Krıma görə çox sağ ol” sözləri yazılmış qısaqol köynəklərlə doldu. Rusiyalıların mütləq əksəriyyəti üçün Putinin hakimiyyəti mübahisə yeri qoymurdu. Onların prezidenti hansısa siyasəti, yaxud qərarı dəstəkləyirdisə, rusiyalılar da bunu həvəslə qəbul edirdilər”, – müəllif yazır və Putinin Çar 2-ci Nikoyalın dövründə daxili işlər naziri kimi çalışmış Vyaçeslav Konstantinoviç von Plehvemim məsləhətinə əməl etdiyini vurğulayır: “İnqilabı önləməkdən ötrü kiçik müharibədə qalib gəlmək lazımdır”.
“Amma Putinin kiçik qələbəsinin onun mövqeyini gücləndirməsinə, narazıları susdurmasına baxmayaraq, bunun uzunmüddətli fəsadları ağır olub. Qərb Krımın ilhaqına görə sərt sanksiyalar tətbiq etdi”, – məqalədə deyilir.
(Azadlıq radiosu)
MilliYol.Az