Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında maraqlı çıxış edib
Paşinyan İran-Ermənistan sərhədinin ABŞ və İran arasındakı münasibətlər, habelə geopolitik situasiya ilə əlaqədar bağlana biləcəyini söyləyib.
N.Paşinyanın bu sözləri Ermənistanda müxalifət tərəfindən etirazla qarşılanıb.
“Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşnyanın İran-Ermənistan hüdudlarının bağlanması ehtimalı barədə bəyanı görünməmiş bir haldır və təhlükəlidir”.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan özünün “Facebook” səhifəsində yazıb.
A.Aşotyanın fikrincə, geopoltik dəyişikliklərə rəğmən, hətta ən kəskin situasiyalarda belə, bu sərhədlər açıq qalıb. Keçən əsrin 90-cı illərində isə İranla hüdud ümumiyyətlə Ermənistan üçün yeganə həyat mənbəyi olub.
“Ermənistanın prioritetlərini ABŞ və ya hər hansı bir ölkə ilə şərtləşdirmək qəbuledilməzdir. Əgər Paşinyanın dediklərinin əsasında ABŞ-İran hərbi qarşıdurması olacaqsa, bölgədə elə bir fəlakət baş verəcək ki, İranla sərhədləri bağlamaq da bizi xilas etməyəcək, cənablar. Siz bu cür situsiyada nə edəcəyinizi bilirsinizmi? Ekstremal ssenarilərə hazırlığınız varmı?”,- deyə Aşotyan yazıb.
MilliYol.Az